7 Mayıs 2020 Perşembe
Adı bir ordu gücündə olan – XOSROV BƏY SULTANOV
Müəllif: Ceyhun Nəbi
Mail: ceyhun.nabi90@gmail.com
Tel : 0517469006
Facebook: Ceyhun Nabi
Twitter: Ceyhun Nabi
Xosrov Paşa bəy oğlu Sultanov Azərbaycan siyasi tarixində ilk hərbi nazir, Qarabağın General-quberna-toru, Azərbaycan siyasi mühacirətinin əsas simaların-dan biri kimi xatırlanır. Xosrov bəy hərbiçi olmasada, mülki şəxs olaraq Azərbaycanın ilk hərbi naziri kimi adı tarixə düşüb. O 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kurdhacı (Qasımuşağı) kəndində(indiki Laçın rayonu) anadan olub. Orta təhsilini Gəncə Klassik Gimnaziya¬sında alıb. 1897-ci ildə Odessa Univeristeti Pediatrya fakultəsinə girib. Univeristet təhsilini orada bitirdik¬dən sonra Tiflisə gəlmiş, burada uzun müddət doktorluq etmişdi (1).
Xosrov bəyin atası Paşa bəy iki dəfə ailə həyatı qurub. Bəyim xanımla evliliyindən Xosrov bəy, Sultan bəy, İsgəndər bəy, Rüstəm bəy və Aftab xanım dünyaya gəlib. Ağaxanım adlı xanımla ikinci evliliyin¬dən Bahadur bəy, İsrafil bəy, Zülfüqar bəy, Ziba xanım və Məhbub xanım dünyaya gəlib.
Xosrov bəy Sultanovun nəzərə çarpacaq ictimai-siyasi, əməli fəaliyyəti Bakı Xeyriyyə Cəmiyyətinin təmsilcisi olmaqla başlayır. Qafqaz cəbhəsində Türkiyəli qardaşlarımıza yardım məqsədilə yaradılmış “Qardaş Köməyi”-nin əsas təmsilcisi Xosrov bəy Sul-tanov idi (2,s 122). Xosrov bəy Bakı Xeyriyyə Cəmiy-yəti tərəfindən görəvləndirilmişdi. Həmin zaman o sistemli və ardıcıl şəkildə yardım işlərini əlaqələn-dirmiş və bu xidmətləri ilə böyük işlər başarmışdı. “Qardaş Yardımı” Birinci dünya müharibəsi illərində yaranmışdı. Məqsədi bu idi: Rus ordusunun Türkiyə¬nin şərq vilayətlərinin işğalı zamanı rusların və xüsusən, rus ordusunda olan erməni əsgərlərinin vəhşiliyinə məruz qalan türk xalqı imkan tapdıqca Qafqaza qaçırdı və beləliklə, canlarını qurtara bilirdi. Bu təşkilat Azərbaycana gələn fəlakətzadələrə yardım edir və işğal vilayətlərində sahibsiz qalan türk uşaqlarını toplayaraq Azərbaycana göndərirdi. Bir tərəfdən uşaqlar, digər tərəfdən rus və erməni əsgərlərinin əzabına dözməyən türk xalqı qardaşları Azərbaycan xalqının himayəsində yer axtarırdılar. “Qardaş Köməyi” təşkilatı onları köçkünlər üçün tikilmiş evlərə yerləşdirirdi. Kiçik yaşlı uşaqlar üçün bağça və uşaq evləri açılmış, məktəb yaşlarında olanlar isə məktəblərdə yerləşdirilmişdi. Azərbaycanın hər vilayətində və qəzasında “Qardaş Köməyi”-nin şöbələri var idi. Xalqımızın mərhəmətiylə toplanan pullarla qaçqınların bütün xərclərini ödəyə bilirdilər(3,s 37-38). Xosrov bəy “Qardaş Yardımı” təşkilatı vasitəsi ilə həmçinin Azərbaycanın müxtəlif bölgələrində yerləşən sığınacaqlara maliyyə yardımlarını əlaqələndirirdi. Həmin zaman Gəncə Milli Müsəlman Komitəsinə, Ələkbər bəy Rəfibəyliyə göndərdiyi teleqrafda qeyd edirdi :
“Mənim tərəfindən sizin adınıza 7140 rubul pul göndərilməsi üçün əmr verilmişdi. Bu pulun 2100 rubulu hər bir yetimə 25 manat hesabı ilə sığınacağın ləvazimatı üçün, 5040 manat isə 2 ay ərzində hər bir yetimə 30 manat hesabı ilə sığınacağın baxımı üçün göndərilmişdi. Baş səlahiyyətli təmsilçi Sultanov”(2,s 178-179).
1917-ci ilin fevral ayından sonra Azərbaycan ictimai-siyasi mühitində canlanma başladı. Mart ayında Türk Ədəmi Mərkəziyyət Partiyasının təsis olunması, Musavat Partiyasının fəaliyyətini aktivləşdirməsi əhəmiyyətli siyasi hadisələr idi. Xosrov bəy həmin zaman Musavat partiyasına qoşuldu. Azərbaycan tarixində çox ciddi qərarların verilməsində, onun həyata keçirilməsində Xosrov bəy Sultanovda yer aldı. Zaqafqaziya Seymində, Müsəlman fraksiyasının fəaliyyətində fəal iştirak etdi. 1918-ci ilin may ayının 28-də Tiflisdə İstiqlal bəyannaməsinə imza atanlardan biri Xosrov bəy oldu.
Həmin zaman Fətəli xan Xoylunun foramlaşdır-dığı birinci hökümətdə Xosrov bəy Sultanov Hərbiyyə naziri təyin olunur. Xosrov bəyin bu vəzifəyə gətirilməsində bir sıra səbəblər var idi. Bir çox milli zehniyyətdə, ruhda hərbiçilər olsada onlar deyil, məs Xosrov bəy bu vəzifəyə gətirilmişdi. Xosrov bəy “Qardaş Yardımında” baş səlahiyyətli çalışarkən Osmanlı dövləti ilə, həmin dövlətin Şərq Hərbi Komandanlığı ilə ciddi əlaqələr yarada bilmişdi. Çoxlu sayda Osmanlı zabitləri ilə, əsr düşmüş hərbiçilərlə münasibətlər qurmuşdu. Bizə hərbi baxımdan yardım edə biləcək Osmanlı dövləti yanında xüsusi hörməti olan bir şəxs idi. Bu əsas faktorlardan biri kimi çıxış edirdi. İkinci bir məqam Xosrov bəyin özünün, qardaşı Sultan bəy Sultanovun xalq arasında nüfüzlü, birlik yarada biləcək, insanları hərbi səfərbərliyə sövq edə biləcək gücdə olması idi.
Xosrov bəy 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasını, onların məqsəd və vəzifələrini izah etmək, regionda qayda-qanun və əmin-amanlıq yaratmaq məqsədilə Nəsib bəy Yusifbəyli və Şəfı bəy Rüstəmbəyli ilə birlikdə ilk nümayəndə heyətinin tərkibində Gəncəyə göndərilmişdir(5,s 362).
Azərbaycan Cümhuriyyətinin qurulması ilə uzun illər Azərbaycan türklərinin ağır yükünü öz çiyinlərində daşıyan şəxsiyyətlərdən biri olaraq Xosrov bəy Sultanovun çox ağır bir fəaliyyət dövrü başlayır. O həkim olsada, milli hökümətdə tutduğu vəzifələri ilə çox məsuliyyətli məqamlarda dayan¬mışdı. İlk hökümət kabinəsində hərb naziri olan Xosrov bəy 1918 il iyunun 17-də Gəncədə Fətəli Xan Xoylunun təşkil etdiyi 2-ci hökumət kabinəsində əkinçilik naziri təyin olunmuşdu. 1918-ci ilin dekabr ayında təşkil olunmuş, Xan Xoylunun 3-cü və sonuncu rəhbərlik etdiyi kabinədə Xosrov bəy Əkinçilik və dövlət əmlakı naziri təyin olunur. Xosrov bəy 1918-ci ilin son 6 ayı ərzində 3 dəfə nazir təyin olunur və Xan Xoylunun rəhbərlik etdiyi bütün kabinələrdə təmsil olunur.
1919-cu ilin əvvələrində Xosrov bəy Sultanov Qarabağda sülh, əminamanlıq yaratmaq istəyən bir şəxs olaraq gərgin fəaliyyətə başlayır. Ermənilər müsəlmanlara qarşı fəallaşmışdı. Andronik isə dekabrda guya "ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında" şayiə yaymağa başlamışdı. Azərbaycan Hökumətinin sədri Fətəli xan Xoylu dekabrın 20-də Parlamentdəki çıxışında buna qarşı etirazını bildirmişdi. Eyni zamanda, dekabrın 22-də Bakıdakı ingilis qoşunlarının komandanı Tomson da bu şaiyəni təkzib etdi. Buna baxmayaraq, erməni separatçıları və Gorusda möhkəmlənmiş Andronik azərbaycanlılara qarşı soyqırımını davam etdirirdi. Buna görə də Azərbaycan Cümhuriyyəti hökumətinin Daxili İşlər Nazirliyi 1919 il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradılmasını təklif etdi. Hökumət bu təklifi qəbul etdi və yanvarın 13-də həmin qəzalarda müvəqqəti general-qubernatorluq vəzifəsinin təsis edilməsi haqqında qərar çıxardı. Bu vəzifəyə yanvarın 29-da Xosrov bəy Sultanov təyin olundu. 1919-cu ilin fevral ayının 12-də Xosrov bəy Qarabağa gələrək vəzifələrinin icrasına başlayır. Azərbaycan Hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Azərbaycan Hökuməti yanvarın 31-də cavab notasında Qarabağın tarixən Azərbay¬canın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi ve Qarabağ general-qubernatorluğunun yaradılmasına Ermənistanın etirazını Azərbaycanın suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi. Ermənistan bununla sakitləşməyərək, təzyiqi artırmağa çalışırdı. O, fevralda Britaniyanın Tiflisdəki silahlı qüvvələrinin komandanı Uorkerə müraciət etdi. Müraciətdə Xosrov paşa bəy Sultanovun Qarabağa general-qubernator təyin edilməsinə etiraz olunur, onun səlahiyyətləri etibarsız elan edilirdi. Lakin bu müraciət cavabsız qaldı. Belə olduqda, Ermənistan xarici işlər naziri general Tomsona müraciət etdi. Qarabağda yaşayan erməni milli şurası və Ermənistanın Azərbaycandakı diplomatik nüma-yəndəsi Bekzadyan da müxtəlif vasitələrlə ingilis komandanlığına təsir göstərməyə çalışırdı. 1919 il martın axırlarında Tomsonun İrəvana səfəri zamanı Ermənistan hökuməti ona təzyiqi gücləndirməyə cəhd etmiş, lakin bu cəhd də nəticəsiz qalmışdı. General Tomsonun nümayəndəsi polkovnik Gatelvort Bakıdan Şuşaya gedərək, ermənilərin Azərbaycan Cümhuriy¬yəti hökumətinə tabe olmasını tələb etmişdi. Cümhu¬riyyət hökuməti isə Ermənistanın əsassız iddialarına baxmayaraq, general-qubernator¬luğun fəaliyyətə baş-laması üçün tədbirlərini davam etdirirdi (5,s 132-133).
Xosrov bəy Sultanov Şuşaya gələn kimi Qarabağ torpağını erməni terrorizmindən azad etmək üçün gərgin fəaliyyətə başladı. O, 1919-cu il fevralın 12-də Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciət edərək onlara general-qubernator-luğun yaradılması səbəblərini izah etmişdir. Müraciət-də deyilirdi ki, Azərbaycan hökumətinin yanvar ayında verdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzaları xüsusi general-qubernatorluğa daxil edilmiş-dir. Bu fövqəladə tədbir onunla izah olunur ki, "Azərbaycanın ən gözəl guşələrindən olan dörd qəza bir ildən artıqdır ki, hərc-mərcliyin içindədir. Məsuliyyətsiz ünsürlərin rəhbərliyi altında silahlı dəstələr öz şəxsi iddialarını həyata keçirmək üçün kəndləri yandırır, əhalini məhv edir, minlərlə qadın və uşağı qaçqınlığa məruz qoyur. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər özlərinin şəxsi məqsədlərini gizlədərək ona siyasi don geydirməyə çalışırlar. Bütün bunları nəzərə alaraq hökumət adları çəkilən dörd qəzada general-qubernatorluq yaratmağı nəzərə almışdır. Öz həyatını xalqına həsr etmiş bir ictimai xadim kimi mən bildirirəm ki, millətindən asılı olmayaraq qanunçuluğa və ədalətə ciddi əməl edəcəyəm və bildirirəm ki, general-qubernatorluğun rayonlarında yeganə hökumət Azərbaycan höku-mətinin hakimiyyətidir və hamı məcburi şəkildə ona tabe olmalıdır. Hər hansı bir şəkildə qayda-qanunun pozulması, hərc-mərcliyə gətiribçıxarmış hərəkət general-qubernatorluğun qanunları ilə ciddi şəkildə cəzalandırılacaq. Qanun qarşısında hamı bərabərdir (6,s 61).
Xosrov bəy Sultanov fəaliyyəti ilə rəhbərlik etdiyi müvvəqəti general-qubernatorluğun ərazisində tək həqiqi hakimiyyətin Azərbaycan Cümhuriyyəti milli hökümətinin olmasını tanıtdı, bütün təxribatçı, seperatçı ünsürlərin zərərsizləşdirilərək sülhün bərqərar olması üçün bütün gücünü səfərbər etmişdi.
Erməni Milli Şurası Şuşanın erməni hissəsinə gizli şəkildə silah gətirirdi. Bu Zəngəzur yaylağına qalxan Azərbaycan əhalisinin qarşısını almaq üçün idi. Belə olduqda Xosrov bəy Sultanov köç gedən yollarda təhlükəsizliyi təmin etmək məqsədilə Azərbaycan ordusunun əsgərlərini təhlükəli yerlərə göndərdi və eyni zamanda erməni Milli Şurasının üzvlərinin həbs edilib Qarabağdan çıxarılması haqqında göstəriş verdi. Buna cavab olaraq silahlanmış ermənilər 1919-cu ilin iyun ayının 4-də Azərbaycan əsgərlərinə atəş açdılar və üç əsgər öldürüldü. Belə hərəkətlərdən sonra o, Şuşada və ətraf kəndlərdə qayda-qanun yaratmaq üçün fəaliyyətə başladı və ilk addım kimi erməni milli şurasının üzvlərinin Azərbaycanın hüdudlarından çıxarılmasına nail oldu. İngilis komandanlığının nümayəndələri Azərbaycan çinovniklərinin müşayiəti ilə erməni milli şurasının üzvlərini Şuşadan çıxardılar. Atışmalar zamanı hər iki tərəfdən ölənlər oldu. İyunun 6-da Şuşada sülh əldə edildi. Baş vermiş hadisə ilə bağlı Şuşa erməniləri X.Sultanova üzrxahlıq məktubu yazaraq bildirirdilər ki, "çox hörmətli Xosrov bəy, icazə verin Sizin şəxsinizdə Şuşa şəhərinin müsəlman camaatından dünən törədilmiş hadisə ilə bağlı üzr istəyək. Biz adını erməni qoymuş xuliqanların Sizin əsgərlərə qarşı törətdiyi zorakılıq faktından çox həyəcanlanmışıq və bu, haqlı olaraq Sizin ordunun və zabitlərin həyəcanına səbəb olmuşdur "(7,s 263-264).
Xosrov bəy Sultanovun Azərbaycan Cümhuriyyəti maraqlarına uyğun olaraq apardığı bu məqsədyönlü siyasət nəticəsində Ermənilər tutduqları bu çirkin mövqeydən geri çəkilməyə məcbur edildi. Xosrov bəyin əleyhinə ermənilər onun əleyhinə təkcə Cənubi Qafqazda deyil, Avropa və Amerikada güclü təbliğat aparırdılar (7,s 265). Xosrov bəyin şəxsi nüfuzu, bacarığı, böyük təcrübəsi hesabına Azərbaycan Cümhuriyyətinin əsas həsas nöqtələrindən biri yoluna qoyulmuşdu. Xosrov bəy həmin zaman burada yürütdüyü siyasət qanunauyğun şəkildə həyata keçirilmişdi, onun əməlləri ilə bağlı ermənilər heç bir əsaslı şəkildə mənfi əsas, arqument tapa bilmə¬mişdilər. Haqqında şayiələr yaysalarda, onun fəaliy¬yəti İngilis komandanlığı gözü önündə baş verdiyindən əhəmiyyətli rol oynamırdı. Sadəcə çirkin nifrətdən doğan əsassız, milli ədavət toxumları səpən fikirlərdir. Nümunə üçün deyə ki, 1919-cu ildə Şuşada erməni qoşununda döyüşmüş Zare Məlik-Şahnəzərov adlı bir erməni əsgərin “Şuşanın süqutu” adlı xatirəsindən oxuyuruq. “Şuşanın süqutundan əvvəl mənim yaddaşıma daha bir hadisə həkk olunub. Mən Müsa-vatçı qubernatorla təsadüfən üz-üzə gəldim. Erməni-lərə düşmən olan bu qəddar adam Xosrov bəy Sultanov idi. Məhz bu adam Qarabağda erməni qırğınları təşkil eləmişdi” (8,s 141).
Xosrov bəy bütün gücünü Azərbaycan Cümhu-riyyətinin varlığını qorumasına, onun yaşamasına həsr etmişdi. Ona etibar edilmiş bütün vəzifələrin öhdəsin-dən layiqincə gəlirdi. Xosrov bəy Sultanov 1919-cu il sentyabrın 24-də Azərbaycan Hökumətinin Rostovda konsul-agenti təyin edilmişdi (4,s 334).
Azərbaycan Cümhuriyyəti 1920-ci il 27 apreldə Sovetlər tərəfindən işğal edildikdən sonra Xosrov bəy Sultanov bir müddət Azərbaycanda yaşayır. Onun yeni qurulmuş Sovet rəhbərliyində təmsil olunmuş müyyən şəxslərlə münasibətləri var idi. Onun tanıdığı, yaxın münasibətdə olduğu yeni rejimin qurucuları arasında Nəriman Nərimanov və Çingiz İldırımda var idi. Nərimanovla tələbə vaxtlarından dostluq münasibətləri var idi. Hər ikisi tibb təhsili almışdı. Çingiz İldırım isə onun həm qohumu, həmçinin Qarabağ General-qubernatoru çalışarkən müavini olmuşdu. Sovetlərin hakimiyyətə gəlməsi ilə Qarabağ hərbi İnqilabi Komitəsinin sədri təyin olunmuşdu. Çox böyük ehtimal Qarabağ və ətraf zonada böyük nüfuza malik Xosrov bəyin bu vəzifəyə gətirilməsində məlum ikiliyin böyük rolu olmuşdu. Xosrov bəy bu vəzifədə təxmini iki həftə olur və sonra həbs olunur. 12 may 1920-ci il tarixində həbs olunan Xosrov bəy Pankratovun xüsusi göstərişi ilə həbs olunmuşdu. O ilk həbs olunan şəxslərdən biri idi, Azərbaycan Cümhu-riyyəti Gəncə General-quberantoru Xudadat bəy Rəfi-bəyli ilə bir gündə həbs olunmuşdu. Hər ikisidə həkim idi. Gələcək təhlükələrdən biri kimi Pankratovun siyahısına düşmüşdü Xosrov bəy Sultanov.
X.Sultanovun Qarabağ İnqilabi Komitəsinin sədri təyin olunması ilə bağlı qərar 1920-ci il may ayının 1-də verilib. Həmin gün axşam saat 9-da öz iclasını keçirən İnqilabi Komitə Qarabağ ərazisində bütün qəza komissarlarına, qəzalara və Yevlax komissarına elan olunması üçün aşığıdakı qərarları qəbul edir:
1. Azərbaycanda sovet hökumətinin qurulması və Xalq Komissarları Şurası Hökumətinin təşkil olunması ilə əlaqədar Qarabağda müvəqqəti general-qubernatorluq haqqında əsasnamə 28 apreldən etiba-rən ləğv edilmiş hesab olunsun.
2. Keçmiş Qarabağ general-qubematorluğunun dəf-tərxanası İnqilabi Komitənin dəftərxanasına çevrilsin.
3.4 qəza hüdudunda - Şuşa, Zəngəzur, Cəbrayıl və Cəvanşir qəzalarında bütün hakimiyyətin İnqilabi Komitə təşkilatına verilməsi elan edilsin.
4. İnqilabi Komitənin heyəti; sədr Xosrov Sultanov, sədr müavini Bahadur Vəlibəyov, katib Məmməd Həsən Mirzəcanov, İnqilabi Komitənin üzvləri: Ocaq-qulu Musayev, Məmməd Əli Qayıbov, Fərhad Ağayevdən ibarət olsun.
5. Qəza rəisləri və pristav vəzifələri ləğv edilmiş sayılır və onlar qəza və sahə komissarları ilə əvəz olunur.
6. Mühafizəçilərin adı dəyişdirilib xalq milisi olur.
7. Partizanlar bu gündən etibarən Qırmızı kəndli qvardiyası adlanır.
Sənədə X.Sultanov, B.Vəlibəyov və İnqilabi Komitənin işləri üzrə icraçı Hacıbəyov qol çəkiblər” (13,s 115).
Göründüyü kimi Xosrov bəy yeni hökümətlə razılaşsada amma yeni qurulmaqda olan bu hökümətin Pankratovları, onun Erməni həvadarları ona güzəştdə getmədilər. Onu əsas təhlükələrdən biri, idarəolunmaz şəxs kimi görürdülər. Bu səbəbdən onun həbs qərarı verilir.
X.Sultanovun işi ilə (12 may - 9 avqust 1920-ci il (Pr. 20584) MTN arxivi) bağlı 14 may 1920-ci ildə XI ordunun İnqilabi Hərbi Şurası yanında xüsusi şöbənin hərbi müstəntiqi M.Səfıkürdlü tərəfindən aparılan dindirmə əsasında aşağıdakı məzmunda Protokol tərtib olunur:
“Mən XI ordunun İnqilabi Hərbi Şurası yanında xüsusi şöbənin hərbi müstəntiqi Səfikürdlü may ayının 14-də əksinqilabi işdə ittiham olunan Xosrov Paşa oğlu Sultanovu dindirdim. O, Xarkovda institutun tibb fakültəsində oxumuş, inqilaba qədər Bibiheybət xəstəxanasında həkim işləmişdir. Hazırda Qarabağ İnqilabi Komitəsinin sədridir. Sonuncu il Şuşada yaşayıb”(13,s 116-117).
Xosrov bəy ona qarşı ittihamları rədd edib amma onun işi müstəntiq Səfikürdlü tərəfindən Azərbaycan SSR Ali Tribunalına təqdim edilir. Çox böyük ehtimal güllələnəcəkdi. Güman etmək olar ki, onu güllələməkdə Çingiz İldırım və N.Nərimanov xilas edib.
Xosrov bəyin xilas olunma əməliyyatı, Azərbay-candan mühacirətə nə vaxt getməsi haqqında əlimizdə elə bir ciddi məlumat yoxdur. Bir çox mənbələrdə 1920-ci il, bəzi mənbələrdə 1923-cü il göstərilir. Xosrov bəyin Sovet rejminin repressiya maşınından xilas olduqdan sonra onun mühacirət həyatı başlayır.
Xosrov bəyin mühacirət həyatı ziddiyyətli və qarşıdurmalar ilə zəngindir. Xosrov bəy Azərbaycan siyasi mühacirətinin əsas liderlərindən biri idi. Ona görə Sovet rejminə əks mövqeydə dayanan qüvvələr onunla əməkdaşlıqdan, birlikdə hərəkət etməkdə maraqlı idi. Xosrov bəyin nüfuzu, Türkiyə dövləti yanındakı etibarı onun fəaliyyət çevrəsinə geniş imkanlar yaradırdı. Hansı ki, zamanında onun “Qardaş Yardımı” adlı təşkilat vasitəsi ilə qazandığı etibar xüsusi rol oynamışdı.
Xosrov bəy Sultanov mühacirət daxilində ziddiy-yətlər yarandığı zaman Məhəmməd Əmin Rəsulzadəyə və onun rəhbərlik etdiyi qrupa əks mövqeydə daya-nanlardan biri idi. Xosrov bəy Azərbaycan Cümhuriy-yəti dönəmində ilk öncə Musavatçı olmuş, sonra İttihada keçmişdi. Mühacirətdə İttihadı, rəhbərlik et-diyi qrupu gücləndirməyə çalışan Xosrov bəy Musavatı zəiflətməkdə, onun rəhbəri Rəsulzadənin nüfuzunu azaltmaqda maraqlı idi.
Türkiyədəki Azərbaycan mühacirləri əsasən “Türk Ocaqları” MK-sı və onun Başqanı, həm də Maarif naziri Həmdullah Subhi Tanrıövərdən maliyə dəstəyi alırdı. Əhməd bəy Ağaoğlu X. Sultanova yazdığı məktubunda “Türk Ocaqları”nın hər ay ona, “eləcə də Ə. Əmircanov və M. Ə.Rəsulzadəyə 75 lirə məbləğində pul verilməsi barədə qərar çıxardığını” göstərirdi. H. S. Tanrıövərin X. Sultanova yazdığı məktubunda da X. Sultanov, Ə. Əmircanov, M. Ə. Rəsulzadəyə hər ay 75 lirə verilməsi faktı təsdiqlənir(11,s 98-99).
Sonradan Xosrov bəyə Türk Ocaqları tərəfindən maliyyə yardımları kəsilir və bunlara görə Xosrov bəy Əhməd Bəy Ağaoğlunu ittiham edirdi.
1924-cü ilin payızında İstanbulda Xosrov bəyin rəhbərliyi altında Musavat partiyasını tərk etmiş şəxslərdən ibarət qrup yaradılmışdı. İstiqlal komitəsini mühacirlərin mərkəzi orqanı kimi tanımaq istəməyən qrup Azərbaycan Milli Demokratik Respub¬lika partiyasının yaradıldığını elan etdi. Yeni Partiyanın adı onun, öz növbəsində Gürcüstanın Sosial Demokrat Partiyasına müxalifətdə olan gürcü milli demokratları ilə idealoji yaxınlığına dəlalət edirdi (sağ). Sultanovun mövqeyi xeyli dərəcədə onunla güc¬lənirdi ki, o, qohumluq əlaqələri sayəsində Azərbay¬canın özündə antibolşevik müqavimət hərəkatı ilə əlaqə saxlamaq üçün real imkanlara malik idi. Belə ki, Xosrov bəyin qardaşı İsgəndər bəy Sultanov Azərbaycan-İran sərhədində fəaliyyət göstərən, Qarabağ ərazisində partizanlıq fəaliyyəti və sürətli həmlələri işğalçı hakimiyyətə heçdə az ziyan vurmayan üsyançı dəstənin komandiri idi(9,s 196).
Xosrov bəy Sultanov mühacirlər arasında xüsusi mövqeyə sahib idi. Polşalıların ilk əlaqələr yaratdığı Azərbaycanlı mühacirlərdən biri Xosrov bəy idi. Sonralar Xosrov bəy Polşa tərəfindən yaradılmış “Prometey”-in üzvülərindən biri olacaqdı. Polşalılar antisovet hərakatın güclənməsində, Qafqazlı mühacirlərin bu işdə fəal iştirak etməsində maraqlı idilər. Azərbaycanlı, Gürcü, Dağlı mühacirləri bir araya gətirərək daha geniş bir mübarizə işinə imza atmaq istəyirdilər. Bunun nəticəsində Birləşmiş Qafqaz Konfederatları Komitəsi yaradılır. Komitənin tərkibinə Azərbaycandan Xosrov bəy Sultanov, Əbdüləli bəy Əmircanov, Əkbər ağa Şeyxülislamov, Gürcüstan milli demokratlarından Aleksandr Asatiani, David Vaçnadze, eləcədə Mixeil Sereteli, Şimali Qafqaz Dağlı Respublikası parlamentinin keçmiş sədri Vassan Girey Cabağı, Əli Xan Qantemir, Aytek Namitok daxil idilər. Komitənin rəhbər orqanı Sultanov, Vaçnadze, Cabağıdan ibarət Rəyasət heyəti idi( 9,s 198).
M.Ə.Rəsulzadə və rəhbərlik etdiyi Musavat partiyası yeni qurulmuş komitədə təmsil olunmur-dular. Buna mühacirətdaxili qarşıdurmanın, qarşılıqlı ittihamların başlanğıcı deyə bilərik. Belə ki, 1925-ci ilin oktyabr ayında Xosrov bəy Trabzondan Cənubi Azərbaycana yola düşür. Avqust ayında Xosrov bəy Konfederatlar Komitəsinin fəaliyyətə başlaması üçün Polşanın İstanbuldakı elçisindən 3 min türk lirəsi almışdı. Xosrov bəy oktyabr -dekabr aylarında Xoy, Təbrizdə və Tehranda olur, oradakı Azərbaycanlı mühacirlərlə danışıqlar aparır və geniş şəkildə mübarizə ilə bağlı fikirlərini çatdırır. Xosrov bəyin səfəri ilə bağlı Bolşeviklər məlumat əldə etmişdilər, nəticədə Xosrov bəy bu səfərdən uğur əldə edə bilmir. 1925-ci il oktyabr ayının 5-də M.Ə.Rəsulzadənin Ceyhun Hacıbəyliyə məktubunda qeyd edir ki, “ Xosrov bəy İrana yola düşmüşdür. Trabzondan təbil və zurna çala-çala yola salınmışdır. Avropa da, Türkiyə də onunla imiş. Başqaları yalnız kağız qaralamaqla məşğul olmuşlar”(14,s 65). Məktubdakı bu hissədəndə göründüyü kimi onlar bir-birini fəaliyyətsizlik və uğursuzluqlarda ittiham edirmişlər.
Mühacirətdə yaşadıqlar zaman M.Ə.Rəsulzadə ilə Xosrov bəy arasında münasibətlər yumşalmadı. Münasibətlərin gərginliyi “Prometey” daxilindədə davam edirdi. M.Ə.Rəsulzadənin Ceyhun bəy Hacıbəyliyə 1927-ci il 12 yanvar tarixində İstanbuldan göndərdiyi məktubda qeyd edir: “ Əfəndim, bu jurnal bizim planımıza görə İstanbulda çıxmalı idi. İcazəsini almaq mənim üçün su içmək kimi asan bir şey idi. Bir ay müddətində bütün işləri başa çatdıra bilərdim. Fəqət doktor Xosrov bəy qəzetin üstündə mənim sahibi-imtiyaz və müdir olmamı münasib bilmədi. Onun etirazından sonra digərləri də, yəni gürcülər də həqiqətən bu qəzetin rəhbərliyinin “Yeni Kafkasya”nın redaksiya heyəti ilə qarışa biləcəyini bildirdilər”(14,s 71). Bu məktubdan məlum olur ki, “Prometey” jurnalı İstanbulda çıxmalı idi, rəhbəridə M.Ə.Rəsulzadə olmalı idi. Xosrov bəyin Rəsulzadə ilə münasibətlərindəki gərginliyin nəticəsində bu tipli uğursuzluqlar ortaya çıxmışdı.
1927-ci ilin yanvar ayının 12-də Parisdə Azərbaycan və Şimali Qafqaz Birləşmiş Müvəqqəti Mərkəzinin yaradılmasına dair sənəd imzalandı. Mərkəzin prezidenti Ə.Topçubaşi, Heydər Bammat isə katibi seçildi. Mərkəzin heyyətinə Azərbaycandan Ə.Topçubaşi, C.Hacıbəyli və X.Sultanov, Şimali Qafqazdan – Ə.M.Çermoyev, H.Bammat, eləcədə çər-kəzlər - Konstantin Xaqandokov, İsmayıl Şakov daxil idi.
Yanvarın 15-də Topçubaşinin sədrliyi ilə Azərbaycan və Şimali Qafqaz Birləşmiş Müvəqqəti Mərkəzinin iclası keçirilir. Qafqazın əsas tərəfdaşı Varşava tərəfindən İstanbulda Qafqaz İstiqlal Komitəsi deyil, bu qurumun tanınmasına nail olmaq üçün qərar qəbul etdi. Bu məqsədlə “dost dövlətin nümayən¬dəsinə Birləşmiş Mərkəzin yaradılması” və “Birləşmiş Mərkəzin nümayəndəsinin bir sıra təfərrüatlar, o cümlədən maliyyə yardımı məsələlərinə dair şəxsi danışıqlar üçün dərhal Varşavaya ezam edilməsi” barədə vermək lazım idi.
Qərara alınır ki, Varşavaya Xosrov bəy Sultanov göndərilsin. Onun qarşısında iki məqsəd var idi. Birləşmiş Mərkəz haqqında müfəssəl məlumat vermək və fəaliyyət üçün maliyyə yardımı alınmasını təmin etmək. Xosrov bəy və digər Birləşmiş Mərkəz üzvü-lərinin cəhdi uğursuzluqla nəticələnir, Polşadan dəstək ala bilmirlər. Xosrov bəy Varşavanı tərk edərək İstanbula gəlir və Kommersiya fəaliyyəti ilə məşğul olur(9,s 235-237).
1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradılır. Xosrov bəy həmin mərkəzdə ona yer saxlansada təmsil olunmur. Rəsulzadə ilə aralarında yaranmış narazılıqlardan, mühacirlər arasında mövcud münasibətlərin nəticəsində Xosrov bəy Milli Mərkəzlə birlikdə hərəkət etmir, müstəqil fəaliyyətə üstünlük verir. Həmçinin 1928-ci ilin iyununda Azərbaycan Milli Mərkəzinin ikinci tərkibi seçilərkən yenədə ona yer saxlansada təmsil olunmur.
Xosrov bəy Milli Mərkəzə alternativ qurumların yaradılmasına cəhd edirdi. Milli Mərkəzə müxalif mətbuat orqanları, Xosrov bəyin mühacirətdə təsis etdiyi və rəhbəri olduğu Milli Demokratik Partiyası, Azərbaycan icmasının bəzi nümayəndələrinin təmsil olunduğu Azərbaycanın Müvəqqəti Milli Müstəqillik Komitəsi adlanan komitə yaradılmışdı.(15,s 592).
Xosrov bəy Sultanov Azərbaycan Mühacirətinin sağ qanadının təmsilçisi idi, onun təmsil olunduğu təşkilatların əsas təmsilçiləri sağlar idi. Biz Prometeyə və Qafqaz İstiqlal Komitəsinə qarşı görülən işlər zamanı biz onun sağlarla hərəkət etdiyini müşahidə edirik.
Sonrakı dönəmlərdə Xosrov bəy anti-prometeyçi “Qafqaz” qrupunda təmsil olunmuş, müxtəlif vaxtlarda Almanlarla danışıqla aparmış, Azərbaycanın istiqlalı məsələsi ilə bağlı mövqey qoymuşdu.
Xosrov bəy Sultanovun yaşamının böyük bir kəsimi Türkiyə ilə bağlı idi. Əldə edilmiş sənədlərdən məlum olur ki, Xosrov bəy İstanbul, Bəyoğlunda uşaq xəstəxanasında çalışmışdır. Türkiyədə Hüseyinqulu Xan Xoylunun nəvəsi Kərim Mehmetzadənin verdiyi məlumata görə o uşaq olarkən Xosrov bəy onların həkimi olub. Başqa bir məlumat əldə edə bilmədik. Dediklərinə görə varislərində heç kəs qalmayıb. Xosrov bəyin məzarı İstanbul Fəriköy Məzarlığındadır.
Xosrov bəy Sultanov Azərbaycan və Türkiyə tarixində iki böyük dövlətin əsas qardaşlıq simvol-larından biridir. Onu tarixdə bir çox xidmətləri yaşadır amma mənim üçün iki hadisə böyük əhəmiyyət kəsb edir. Bu Xosrov bəy Sultanovun xoşbəxtliyi, bizim üçünsə Xosrov bəyə qarşı böyük sevgi yaradan hadisələrdir. Biri Atatürklə bağlı, digəri isə Əhməd Cavadla bağlıdır.
Birincisi Xosrov bəy Sultanovun Mustafa Kamal Atatürkü son yolculuğa salmaq, Azərbaycan türkləri adına çələnglə dəfndə iştirak etmək xoşbəxtliyidir. Dəfndə bu iki rəsmi şəxsə qismət olmuşdu. Digəri isə Azərbaycan Cümhuriyyəti sabiq Daxili İşlər Naziri Mustafa bəy Vəkilov olub( 16,s 3).
İkinci məqam qeyd etdiyimiz kimi Əhməd Cavadla bağlıdır. Xosrov bəy “Qardaş yardımında” çalışarkən özünə bacarıqlı və işguzar bir gənc axtararkən Gəncəyə gəlmiş, Nəsib bəy Yusifbəylidən belə bir gənc istəmiş və Nəsib bəy isə Əhməd Cavadı tövsiyyə etmişdi. Xosrov bəyin Əhməd Cavad xoşuna gəlmiş, onu özünə katibliyə götürmüş və onların böyük yolculuğu başlamışdır. Bu yolculuqda, yardıma ehtiyacı olan Türkiyəli qardaşlarımıza dəstək olma çabalarında Əhməd Cavad həyatının böyük mənasını, Azərbaycan qədər sevdiyi Şükriyyəni tapmışdı Batumda, o gözəl yurtda. Ən maraqlı məqam Xosrov bəyin, Əhməd Cavaddan gizlin onu şeirlərini qəzet və jurnallardan topladaraq ilk şeirlər kitabı “Qoşma”nı çap etdirməsidir.( 17,s 7-9). Bu Əhməd Cavada, Azərbaycan istiqlalını şeirləri ilə tərənnüm edən böyük vətənpərvərə dəyərli ərmağan, həmçinin millətimiz qarşısında böyük xidmət idi.
Ədəbiyyat:
1. Mövsüm Əliyev, “Xosrov bəy Sultanov”, Odlar Yurdu, 1991, no: 11.
2. Betül Aslan, “1-ci Dünya savaşında Azərbaycan Türklərinin Anadolu Türklərinə “Kardaş Kömeği (Yardımı)” və Bakı Müsəlman Cəmiyyət-i Xeyriyyəsi”, Ankara, 2000.
3. Nağı Şeyxzamanlı “Xatirələrim”, Bakı, 2004.
4. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, Bakı, 2004, Cild 1.
5. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, Bakı, 2004, Cild 2.
6. Həvva Məmmədova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920), Bakı, 2006.
7. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009.
8. Ziyadxan Nəbibəyli “ Sultan bəy və Xosrov bəy qardaşları”, Bakı, 2011.
9. Giorgi Mamulia, Ramiz Abutalıbov “Odlar Yurdu - Azadlıq və Müstəqillik uğrunda mübarizədə” – Azərbaycan mühacirətinin siyasi tarixi(1920-1945), Bakı, 2015.
10. Abid Tahirli “Azərbaycan mühacirət mətbuatında publisistika”(1921-1991), Bakı, 2005.
11. Xaləddin İbrahimli “Azərbaycan mühacirət tarixi”, Bakı, 2012.
12. Hacı Nərimanoğlu “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular”, Bakı, 2012.
13. Lətif Şüküroğlu- Cümhuriyyət höküməti repressiya məngənəsində”, Bakı, 2000.
14. Məhəmməd Əmin Rəsulzadə “Məktublar, Şəfibəyçilik”, Bakı, 2017.
15. А. М. ТОПЧИБАШИ - ПАРИЖСКИЙ АРХИВ. КНИГА ТРЕТЬЯ 1924–1930, МОСКВА, 2017 (Составители, предисловие, перевод и примечания Г. Мамулиа и Р. Абуталыбов).
16. Mücahit dərgisi, say: 55-56, Ankara, 1963.
17. Ali Salettin “Bir kere yükselen bayrak”, Bakı, 1993.
Mənbə : Ceyhun Nəbi - ",Sovetlərlə üz-üzə", Bakı, 2018. ( Səyfə 61 -80 )
B
17 Mart 2020 Salı
Allahyar bəy Zülqədərlinin qətli və ailə faciəsi
Zülqədərov Allahyar bəy Məmmədəli bəy oğlu Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Xılxına kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Qafqaz canişini Vorontsovun yaxın adamlarından biri idi(4). İctimai-mədəni işlərdə fəallıq edən Allahyar bəy Zülqədərli İsmayıl bəy Qaspıralının tanıdığı və şəxsən tanış olduğu ilk azərbaycanlı kimi tarixə düşmüşdü. İsmayıl bəy Qaspralının yurdumuzla, insanımızla ilk əyani tanışlığı 1882-ci ildə Volqaboyu türklərinin mərkəzi Qazanda olmuşdu. Həmin dövrdə artıq dünyanın Moskva, Paris kimi böyük mədəni-siyasi məktəblərində həyat universitetləri keçmişdi. Krım tatarlarının az qala Məkkə, Qüds saydıqları Bağçasarayın şəhər rəisi idi. Amma nisbətən gənc yaşlarında əldə etdiyi bu uğurları yetərli hesab etmirdi. Millətinə, türklüyə və insanlığa xidmətin daha faydalı, məqbul yollarını arayırdı. Yalnız Rusiya imperiyasında sayları 20 milyona yaxınlaşan, fərqli adlarla çağırılan, məzhəb və coğrafiya ilə biri-birindən aralı salınan türkləri dil, fikir və əməl ətrafında bir araya gətirmək istəyirdi. Yaxın coğrafiyadakı Qazan şəhərinə də bu məqsədlə üz tutmuşdu. Tatar ədəbiyyatı tarixçisi Cəmaləddin Vəlidovun xahişi ilə yazdığı tərcümeyi-halında həyatının həmin səhifəsini belə işıqlandırmışdı:
“1882-ci ildə Qazana səyahətim sırasında tatarlar üçün bir ədəbiyyat gecəsi düzənləmək istədim. Böyük zorluqlarla buna izin aldım. Şəhərin tatarlar yaşayan bölgəsinə afişlər yapışdırıldı, Voskresenk caddəsindəki birinci sinif bir otelin (Volqa-Kama oteli) böyük salonunu da kirələdim və salon çox sayda kreslolar və qonuşmaçılar üçün kürsü ilə də donatıldı (bəzədildi). Saat 9 oldu. Mən iki saat daha bəklədim (gözlədim). Oraya gələn isə toplam üç kişi idi. Onlar da qazanlı deyil, dışarıdan (kənardan) gəlmə idilər. Bunlardan biri kafkasiyalı Allahyar bəydi. Digər ikisi isə Orenburqda yayımlanacaq “Vaxt” qəzetəsinin gələcəkdəki naşirləri Şakir və Zakir Rameyev qardaşları idi. Təbii ki, ədəbiyyat gecəsi gerçəkləşmədi. Fəqət Qazanda təsadüfən rastlaşdığım bu səyyahlarla aramızda çox yararlı bir alış-veriş oldu. Müsafirlər ev sahibini ağırladılar (qonaq etdilər ), başarısız təşəbbüsünün bütün məsrəflərini ödədilər. Gecənin çox gec saatlarında ilk tatar ədəbiyyatı gecəsinin bu üç qatılımıcısı (iştirakçısı) vidalaşıb getdilər.
Burada adı çəkilən “kafkasiyalı Allahyar bəy” Azərbaycandan olan məşhur mülkədar, Yelizavetpol (Gəncə) quberniyasında min desyatinlərlə torpaq sahibi Allahyar bəy Zülqədərov idi. Qoqolun “köhnə dünya mülkədarlarından” deyildi. Yenilikçi ideyalarla, xalqın mənafeyinə yönəlik ictimai fəaliyyətlə yaxından maraqlanırdı. 1905-ci il inqilabından sonra Rusiyada baş verən dəyişikliklər zəminində Ə.Topçubaşovun rəhbərliyi altında Qafqaz canişini İ.İ.Voronsov-Daşkova Azərbaycan türklərinin istək və tələbləri ilə bağlı tələbnamə təqdim edən, müzakirələr aparan 9 millət xadimindən biri də o idi(1,s14).
Allahyar bəyin adı hər yerdə hörmətlə anılırdı. Amma belə bir hörmətli insanın özünün və ailəsinin başına gətirilənləri, vəhşilikləri eşidəndə insan heyrətə gəlir. 1918-ci ilin əvvəllərində aqrar hərakat adı altında Stepan Şaumyan və Həmid Sultanovun göstərişi əsasında qızışdırılmış müsəlman kəndlilər və müsəlman mülkədarlara qarşı zərbə vurmaq üçün imkan axtaran ermənilər mülkədarlara qarşı hərəkətə keçməyə başladılar. 1917-ci ilin dekabr ayının 24-26-da Qazax qəzasının Qovlar kəndində Müseyib Əliyevin evində gizli müşavirə keçirildi. Müşavirədə Şaumyan və H.Sultanovda iştirak edirdi. Müşavirə mülkədar torpaqlarını müsadirə edib kəndlilərə paylamağı, yoxsul kəndlilərdən ibarət silahlı dəstələr təşkil etməyi və bu dəstələrə qırmızı partizan adının verilməsini və 1918-ci il yanvar ayının 6-da üsyan qaldırmağı qərara aldı. Qırmızı partizan dəstələrinin silahla təchiz edilməsini M.Əliyevə tapşırdı. Silahlar S.Şaumyan və H.Sultanovun vasitəsi ilə Tiflisdən gətirilməli idi(6, s32-33). 1918-ci il yanvarın 3-də Gəncə qəzasının Yuxarı Ayıblı kəndlilərinin mülkədar Qarabəyovlar əleyhinə üsyanı qalxdı. Üsyan getdikcə genişlənərək Gəncə qəzasının 4-cü nahiyəsinə daxil olan Xılxına, Alakol, Qovlarsarı, İrmaşlı və başqa kəndləri əhatə etdi. Üsyan hərəkatında 500-dən artıq kəndli iştirak edirdi(2, s34).
Həmin hadisələr zamanı Zülqədərli ailəsi böyük zərbələr aldı və ailənin böyük bir hissəsi Allahyar bəy başda olmaqla şəhid edildi. 1918-ci ilin 23 yanvar tarixində “Hümmət” qəzeti 25-ci nömrəsində bu sözlər qeyd edilmişdi :
Yelizavetpol qəzası komissarının Yelizavetpol məhəlli məhkəməsinin protokoluna üyançı kəndlilərin Qazax qəzası mülkədarlarına divan tutmaları haqqında məlumatı :
21 yanvar 1918-ci il.
Xəbər verirəm ki, yanvarın 5-dən 6-na keçən gecə mənə həvalə olunmuş qəzanın 4 hissəsində, Qovlarasarı, Xılxıl, Yuxarı Ayıblı və başqa kəndlərin kəndliləri tərəfindən mülkədar Zülqədərov ailəsinin 21 və Qarabəyovlar ailəsinin 4 üzvü öz malikanələrində qətlə yetirilmişdi.
Aşağıdakı şəxlər qətlə yetirilmişdi :
1. Allayar bəy Zülqədərov, həyat yoldaşı Seyidnisə xanım, oğlu Məmməd, qızları Dilarə, Şahbanu.
2. Həmid bəy Zülqədərov, həyat yoldaşı Güllü xanım, qızları Dilgüşə, Əmiş, Kozanna, Maşa və iki yaşlı Cəmilə.
3. Mehralı bəy Zülqədərov, oğlu Sarı bəy və qızı Telli.
4. Hüseyn bəy Zülqədərov, oğulları Məmmədrza bəy, İsmayıl bəy, Şərif bəy, Xəlil bəy.
5. Həsən bəy Zülqədərovun ailəsindən təkcə özü.
6. Süleyman bəy Zülqədərovun ailəsindən təkcə özü.
7. Böyük Ağa Qarabəyov, oğlu Həmid bəy, Cəbrayıl bəy və adı məlum olmayan kiçik yaşlı bir qız.
Bundan başqa Yelizavetpolda gizlənən Zülqədərov və Qarabəyov ailə üzvülərindən çoxlu yaralılar vardır. Hamılıqla döyülməkdən xilas olanların məlumatına görə qırğının əsas səbəbkarları Xılxına kənd sakini Məhəmmədəli Hacı, Əhməd oğlu Hacı, Həsənov və onun qardaşları, həmin kəndin sakinləri Məmmədqasım Əliyev, Məşədi Qədim, Yuxarı Ayıblı kənd sakini Kərbəlayi Əsgər, Məşədi Mahmud Əliyev Zülqədərli ailəsinin qətlində Xılxına, Ələkəl, Yuxarı Ayıblı, Qovlarasarı kəndlərindən 500 nəfərdən artıq adam iştirak etmişdi.
Xilas Olmuş Zülqədərov ailəsinin üzvülərindən bəziləri indi Yelizavetpol şəhərində Böyük bəy Əsgərbəyovun, Mikayıl bəy və İsrafil bəyin evlərindədir.
Bu parlaq məşhur hadisə haqqında təqdim edilmiş məlumatı dərhal çatdırmaq imkanım olmamışdır. Belə ki, 4 ərazidə komissar yoxdur və heç kim buna razılıq vermir(5, s58).
Bu işlərdə ermənilərdə fəallıq göstərmişdi. S.Şaumyan bu hadisə ilə bağlı yazır:
Mən Gəncə və Qazaxda kəndli hərakatına şahid oldum. Kəndlilər Zülqədərovların saraylarını yandırmış, torpaqlarını əllərinə aldıqlarını gördüm. Mən burada erməni kəndlisi ilə müsəlman müsəlman kəndlisi arasında möhkəm bir ittifaq olduğunu müşahidə etdim. Bunlar bir-biri ilə dostcasına əlaqədə idilər(6, s 37).
Bu faktın özü göstərir ki, S.Şaumyanın rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hərakat aqrar hərakatdan çox, qisas hərakatına oxşayırdı. Azərbaycanın milli burjaziyasını, mülkədarları məhv etməyə hədəflənmişdi.
Həmin hadisənin qanlı mahiyyətini mühacirətdə yaşamış Hüseyn Bayqara “Azərbaycan istiqlal mücadiləsi tarixi” kitabında yazır :
Allahyar bəyin arvadı(Seyidnisə xanım, C.N) Quranı əlinə alaraq eyvana çıxmış, Quranı açaraq dua etmiş və kəndlilərə - bizi bu Qurana bağışlayın, - deyə yalvarmışdır. Amma kəndlilərdən biri əlindəki mauzerlə qadına atəş açmış, güllə Quranı dələrək qadının başını parçalayıb öldürmüşdür. Beləliklə, əsrlərlə zülm və istismara məruz qalmış xalqın aldığı bu intiqam zülm və istismarın dözülməzliyinə parlaq bir misaldır (Bu hadisəni 1925-ci ildə Bakıda ÇK-da həbsdə olduğum zaman mənimlə birlikdə həbsdə olan, ölüm kamerasında yatan şamxorlu gənc, igid Diliboz oğlundan eşitmişdim. Partizan hərəkatının başçısı olan bu qəhrəman, gənc olmasına baxmayaraq ertəsi gün güllələndi)(3).
Mənbə:
1. Vilayət Quliyev - “Tərcümanın Azərbaycan səhifələri” 525-ci qəzet, 2014-cü il 13 sentyabr, səhvə:14.
2. Ə.C.Rəhimov “1920-ci ildə Azərbaycanda mülkədar torpaq sahibliyinin ləğvi”, Bakı, 1962.
3. Hüseyn Bayqara “ Azərbaycan istiqlal mücadiləsi tarixi”, Bakı, 1993.
4. Ənvər Çingizoğlu “ Zülqədərovlar”, Soy dərgisi 7 (63), 2012, s.15-27
5. Ramiz Məsimoğlu –“ Allahyar bəy Zülqədərov”, Gəncə, 2008.
6. Teymur Miralyev “ Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərakatına bolşeviklərin rəhbərliyi”, Bakı, 1963
16 Mart 2020 Pazartesi
Şəfiqə xanım Qaspıralı və Azərbaycan
Şəfiqə xanım Qaspıralı 20-ci əsrin başlarında çarlıq Rusiyasında türk qadın hərakatının öncüsü, ilk qadın jurnalı “Aləmi-Nisvan”-ının(Qadınlar dünyası) baş redaktoru, türk dünyasında mədəni və siyasi anlamda türklük bilincinin, çağdaşlaşmanın, qısaca milli oyanışın öndəri olan tanınmış qəzetçi, təhsil islahatçısı, siyasətçi Qaspralı İsmayıl bəyin qızı və ən önəmlisi köməkçisi. Azərbaycan Cümhuriyyəti baş nazirlərindən Nəsib bəy Yusifbəylinin həyat yoldaşı. Kırım Cümhuriyyətini parlamentinin sədarət divanı üzvü və iki dönəm millət vəkili.
Şəfiqə xanım 1886-cı il noyabr ayının 21-də Kırımın Bağçasaray şəhərində anadan olmuşdu. Atası qeyd etdiyimiz kimi Tərcüman qəzetinin baş redaktoru İsmayıl bəy Qaspıralı, anası isə Kazan türklərindən, Akçura ailəsindən Zöhrə xanım Akçuradır. Hər iki tərəfdən türk millətinə xidmətlər göstərmiş, dəyərli ailələr idi. Onu Kırıma, Kazana bağlayan bağlar kimi, həmçinin əsas bağlardan biridə Azərbaycan idi. Şəfiqə xanım Azərbaycan türklərindən Nəsib bəy Yusifbəyli ilə ailə həyatı qurmuşdur. Onun sonrakı həyatı bu və ya digər formada Azərbaycanla bağlara zəmin yaratmışdı.
Şəfiqə xanım öz xatirələrində Nəsib bəylə tanışlığı haqqında qeydlər edib. İlk tanışlıqları ilə bağlı o yazır:
“ 1902-ci ilin dekabr ayında Odessa Univeristeti Türk Tələbələri Dərnəyi üzvüləri bir qrup şəklində görüşmək, tanışmaq və anlaşmaq qayəsi ilə Kırıma gəldilər. Bağçasarayda və Ağməsciddə şərəflərinə ziyafətlər hazırlandı, toplanmalar oldu. Kırım gəncləri lazımı formada onları ağırladı. Kırıma ikinci gəlişi Nəsibin mayın 4-də Tərcümanın 20 illik yubileyi münasibəti ilə, dərnəyin təmsilçisi kimi olmuşdu ”.
Həmin zaman Şəfiqə xanımın 16 yaşı var idi. Nəsib bəy onu ilk dəfə o zaman görmüş və sevmişdi. Nəsib bəy məktublar vasitəsi ilə onunla əlaqə qurmağa başlayır. Nəsib bəyin ona ilk məktubunun altında tarix kimi 1903-cü il 16 mart göstərilib. Odessa univeristetində oxuyan Nəsib bəyin sevgi bağları bu yolla başlayır. Məktublar ilkin olaraq milli siyasi mahiyyət kəsb edərkən, yavaş-yavaş duyğusal mahiyyət kəsb etməyə başlayır. Onların məktublarla sevgi məcarası təxmini 1904-cü ilin may-iyun aylarında nişanlanma ilə davam edir. Təxmini 1906-cı ilin yazında Şəfiqə xanımla Nəsib bəy ailə həyatı qurur. Şəfiqə xanımın atası İsmayıl bəyin Azərbaycanla milli mənsubluq, məfkurə bağları, dostluq əlaqələri var idi. Artıq bu evlilikdən sonra onu Azərbaycanla qohumluq bağları birləşdirməyə başladı. İsmayıl bəy ilk dəfə ideallarını yaymağa başlayanda onun bu gözəl əməlinə ilk dəstək verən 3 nəfərdən biri, xatirə dəftərində adı keçən Azərbaycanlı Allahyar bəy Zülqədərli idi. Həmçinin İsmayıl bəy Azərbaycanda bir dəfə olmuş, buralar ilə şəxsən tanış idi. Həsən bəy Zərdabi kimi ustad hesab etdiyi, Əlimərdan bəy Topçubaşi, Əhməd bəy Ağaoğlu, Sultan Məcid Qənizadə kimi dövrü olaraq görkəmli jurnalistlər ilə dostluq əlaqələrinə malik idi. Onun rəhbərlik etdiyi Tərcüman qəzetinin Azərbaycanda çoxlu sayda oxucusu, abunəçisi və pərəstişkarı var idi. Hacı Zeynalabinin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçulardan Tərcümana dəstək görmüşdü.
Şəfiqə xanım evləndikdən sonra Nəsib bəylə birlikdə Azərbaycana gəlir. Nəsib bəyin ailəsi ilə, Gəncə ilə, buradakı ictimai-siyasi və mədəni vəziyyətlə şəxsən tanış olur. Əlbəttə ki, bu səfər uzun müddətli və bir dəfəlik qalmaq səfəri deyildi. Qısa müddəti əhatə edirdi. Şəfiqə xanımın həmin zaman Gəncədə olması haqqında məlumata həm Tərcüman qəzetində, həmçinin Ismayıl bəy Qaspıralının Əlimərdan bəy Topçubaşiyə ünvanladığı məktubda rast gəlmək olur.
11 sentyabr 1906-cı il tarixli məktubunda İsmayıl bəy Əlimərdan bəyə yazır : “ Şəfi ilə Nəsib Yelzavetpoldadırlar(Gəncə). Bilmirəm ki, qızım Bakıya gedə biləcəkmi ?”
Buradan aydın olur ki, həmin tarixdə Nəsib bəylə birlikdə Şəfiqə xanım Azərbaycanda olub. Həmçinin həmin tarixdən sonra Şəfiqə xanımın həyat yoldaşı Nəsib bəy Tərcüman qəzetində də işləməyə başladı və həmin qəzetdə bir çox dövrü olaraq əhəmiyyətli, fundamental yazılarla çıxış etmişdi.
Şəfiqə xanım Azərbaycanda olanda “Zaqafqaziya” qəzetində belə bir məlumat getmişdi ki, Gəncədə Yusifbəylinin, Adil xan Ziyadxanlının, Ələkbər bəy Rəfibəylinin, Məhəmməd Pişnamazzadənin xanımları kasıb müsəlmanlar arasında nəşri-maarif adında bir cəmiyyət təsis edirlər. Cəmiyyətin nizamnaməsi təsdiq edilmək üçün yaxın zamanda hökümətə veriləcəkdir. Yusifbəyli tərəfindən həm “İrşad”, həmçinin “Tərcüman” qəzetində Yusifbəyli tərəfindən təkzib verilmişdi.
“Tərcüman” qəzetinin 1908-ci il 19 fevral tarixli nömrəsində Şəfiqə xanım tərəfindən geniş təkzib verilir və işin əsl mahiyyəti izah edilir :
Mən burada bir neçə aylıq qonağam. Özüm bir qadın olduğumdan təbii qadınların, qızların halını düşünürəm. Gəncəyə gəldiyimdə qızların vəziyyəti ilə bağlı məlumat toplayaraq baxdım ki, buralarda başqa yerlər kimidir. Yəni indiyə qədər Gəncədə müsəlmanlar tərəfindən qızlara məxus heç bir məktəb açılmamış. Gəncədə bir şey daha gördüm ki, oda müsəlman qız balaları üçün Maarif nəzarəti tərəfindən iki( Turdavoya pamoşc), cəmiyyəti tərəfindən isə bir məktəb açılmışdır. (Turdavoya pamoşc) cəmiyyəti əksəriyyəti ruslardan ibarət olub, Kazak genaralının taxtı-nəzarəti altındadır. Maarif nəzarəti tərəfindən açılmış məktəblərdə otuz qız uşağı var. Bir rus və müsəlman müəllimləri vardır. Cəmiyyət tərəfindən açılmış məktəbdə isə 10-15 uşaq vardır.
Bu məktəblərdə bu qədər az qız uşağının oxuması başlıca səbəbi müəllimlərin yadd millətlərdən olmasıdır.
Bu məktəblərə doğrusu məndə etimad etmirəm. Cəmiyyət tərəfindən açılan məktəbin nə fikirlə açıldığı məlum deyilsə, Maarif nəzarəti tərəfindən açılan məktəbin hansı məsləyə xidmət etdiyi məlum.
Bu məktəblərdə 70-80 qız balalarının dərsə davam etmələri Gəncədə o məsumələrdən ötürü dahi məktəb açmaq, öz vəliləri tərəfindən oxudulmaq zamanı gəldiyində bədihi bir dəlil deyilmi ?
Xülsasə: bu mülahazat məni yerli ürafə və ulemamızın qadınlarına və qızlarına müraciət edərək qadınlar arasında nəşri-maarif məqsədi ilə bir cəmiyyət təşkilini təklif elədim. Allah cümləsindən razı olsun, təklifimi rədd etməyib, bu xüsusda çalışacaqlarını vədd etdilər.
Budur Gəncədə “ Müsəlman arvadlar ittifaqı” .
İndi “Gəncəli” Əfəndi sizə müraciət edirəm: Bunu tələmtələsik açıq və qapalı gəzməklə münasibəti varmı ? Sizin vicdanınız bu qədər iftiralara necə razı oldu ?
Əgər siz zənnedilən kimi ədna bir adam deyilsəniz, səhv etdiyinizi yaxud iftira atdığınızı qəzetlərdə elan edəcəyinizə əminəm.
Şəfiqə xanım Azərbaycanda olduğu bu müddət ərzində də boş oturmamış, müsəlman qadınların, uşaqların oyanışı üçün əlindən gələnləri əsirgəməmişdi. Üzərinə iftiralar gəlsədə.
Şəfiqə xanımın xatirələrində Azərbaycanla bağlı, xüsusi olaraq həyat yoldaşı Nəsib bəy Yusifbəylinin fəaliyyəti haqqında maraqlı məlumatlar var. Şəfiqə xanımın xatirələrindən həmin parça:
“ Nəsib, Univeristetdəykən Gəncədəki “Mədrəseyi-Ruhaniyə” ətrafında böyük fəaliyyətə girişdi. Mədrəsənin islahı məsələsini ələ alaraq Axund Mirzə Ağası və Mirzə Məhəmməd Pişnamazzadələr ilə birlikdə böyük işlər başarmışdı. İlk iş olaraq Türkiyədən müəllim cəlb edilməsi oldu. Nəsib bu işə talehə yavər olaraq, Odessada qarşısına Akif bəyi çıxardı. Sonradan da ( Yenə onlar kimi 2-ci Əbdülhəmid rejimi təqibindən qaçaraq Türkiyəni tərk edənlər) Faiq, Rıza, Zəki bəylər də zuhur etdilər və beləliklə müəllim məsələsi qismən həll edildi. Sonra Türkiyəlilərə saxta İran pasportu düzəldildi və mədrəsəyə müəllim düzəldildi. Nəsibdə bu mədrəsədə bir il rusca dərsi müəllimliyi etmişdi. Tədris kitabları Türkiyədən gəlirdi, amma hökümət tərəfindən qəbul olunan kitablarda hər tələbənin sırasında düzülü idi. Mədrəsəni tez-tez ziyarət edən müfəttişlərə məxsus olaraq. 1907-ci ildə Nəsib kitab dükanı ərsəyə gətirdi. Türkiyəyə gələr-gedər, kitab alar, çıxarma-keçirmə çarələri axtarar-tapardı. Şübhəsiz bu dükan eyni zamanda bir fikir yayımı, bir təşkilat mərkəzi idi. Hər gün Gəncənin münəvvər gəncləri dükanı ziyarət edər, bura siyasi klub halını alırdı. Nəsib də bu haldan çox məmnun idi və idarə böyük qardaşında olduğu halda, oda həmişə orda idi. İşdə bu arada Nəsibin ətrafındakı gənclik qətiləşir, toplantılar dükandan evlərə köçür və beləliklə Türk Ədəmi Mərkəziyyət Firqəsi fikri doğmağa başlayır.
Bu dükkan, şübhəsiz, eyni zamanda bir fikir yayımı, bir təşkilatın başlanğıcı idi. Gəncənin münəvvər gəncləri dükkana hər gün toplanar, görüşər və danışardılar. Bura siyasi klub halını almışdı. Nəsib də bu haldan çox məmnun idi və həmişə orada idi. Dostlara həmişə hazırlanın, vaxt gələcək bizdən çox iş istəniləcək, o zaman sizləri görüm - deyərdi. Bu təşkilatlar evlərə keçir və genişləyərək bir təşkilat vücuda gətirir. Nəsibin sayəsində qayət konspirativ idarə edilir və fəaliyyət hökümətə hiss edilmədən həyata keçirilir. Yalnız ara-sıra, gənclərin evində axtarış olurdu. Bizim evdə ilk nəticəsi olaraq, tapılmış qanunsuz rusca nəşriyyat üzündən Nəsibin ağabəyisi Gəncədən sürgün edilmişdi( Böyük qardaşı Həmid bəy Yusifbəyli nəzərdə tutulur, C.N) . 2-3 il Bağçasaray və İstanbulda ikametdən sonra əhv edilərək Gəncəyə dönmüşdü. Bunu müteakib axtarışlarda heç bir şey tapılmamışdı.
Gizli toplantılar Gəncədə, evimizdə iki dəfə axtarış. Nəsib yox idi, mən idarə edirdim. Şəfiqə xanım 1954-cü il 30 yanvar tarixli bir təqvimə bu qeydləri yazmışdı.
Şəfiqə xanımla Nəsib bəy arasında ailədaxili münasibətlərdə soyuqluq yarandıqdan sonra Şəfiqə xanım Kırıma dönmüşdür. Aralarında münasibətlər sadəcə məktublaşma ilə olmuşdu. Nəsib bəyin Şəfiqə xanıma yazdığı məktublarda ana mövzu övladları Zöhrə ilə Niyazi idi. Nəsib bəy soyuqluq yarandıqdan sonra bir dəfə Kırıma getmişdi. Bu qayınatası, daşıdığı məfkurəni onda formalaşdırmış İsmayıl bəy Qaspıralının vəfatı ilə bağlı idi.
Şəfiqə xanımın Azərbaycana yenidən dönüşü 1919-cu ilə təsadüf edir. Kırım Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra övladları ilə birlikdə Azərbaycana pənah gətirir. Həmin zaman Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin baş naziri idi.
Şəfiqə xanım Azərbaycana gəlişi ilə bağlı yazır:
“Mən 15.8.1919-da çıxdım. Həyat yoldaşım Nəsib Yusifbəyli Bakıdan dönmək üzrə gəlmiş müəllim Silistralı Etem Fevzi Bəy ilə yolladığı məktubda iki uşağımla Bakıya gəlməyimizi yazırdı. Bunun üzərinə iki uşağımla, Sevastopol-Novorassiyki-Petrovsk yolu ilə Bakıya getdim” .
Şəfiqə xanım Azərbaycana gəldikdən sonra bütün gücünü Ana məktəbləri mürəbiyyə kursları təşkil etməyə sərf etdi. Bu kursların müdürlüyünə və pedoqoji dərslərə Şəfiqə xanım rəhbərlik edirdi. “Frobel” metodunu əsas alaraq “Ana məktəb nizamnaməsi”, “Ana məktəbi proqramı və təlimatları”-nı hazırlayırdı.
Şəfiqə xanım 1920-ci ildə Azərbaycan Cümhuriyyəti işğal edildikdən və həyat yoldaşı Nəsib bəy Yusifbəyli şəhid edildikdən sonra övladları Niyazi və Zöhrə ilə birlikdə Türkiyənin Azərbaycandakı səfiri Məmduh Şefkət Əsəndalın yardımı ilə Türkiyə mühacirət edir və ömrünün sonuna kimi Türkiyədə yaşayır.
1. Şengül, Necib Hablemitoğulları – “ Şefika Gaspıralı ve Rusiyadan Türk Kadın Haraketi” , Ankara, 1998.
2. Minara Aliyeva Çinar - “Nesip Yusifbeyliden Şefika Gaspıralıya mektublar”, İstanbul, 2018.
3. İbrahim Süslü – “ Azərbaycan Siyasi tarixində Nəsib bəy Yusifbəyli”, Bakı, 2017.
4. Nazif Qəhramanlı – “Nəsib bəy nümunəsi” Bakı, 2008.
5. Tərcüman qəzeti(nömrə 11) , 12 fevral 1908, səhvə : 2.
6. Tərcüman qəzeti(nömrə 13), 19 fevral 1908, səhvə: 2.
7. Fotolar Rafat Cuvarlının və müəllifin şəxsi arxivindəndir
Yazı "Çapar" dərgisinin 3-cü sayında gedib( səhvə 29-33 )

15 Mart 2020 Pazar
Qafqazda tarixşunaslığın böhranı: Tarix, məntiq və düşüncələrin əsirliyi
- Yarı akademik, yarı publisistik, yarı müşahidə mahiyyəti kəsb edən yazı istənilən şəkildə mənalandırıla və izah oluna bilər. Oxucu istənilən məna verə, mövqey ifadə edə bilər. Əlbəttə ki, düşüncələrin əsirliyinə son verilməsi məqamında hər kəs doqmalaşmış düşüncə və yanaşmaların üzərinə gedib tarix düşuncəmizin sağlam formalaşmasının təməl izlərini açmalıdır. Mənim məqsədim Qafqaz tarixinə kiçikdə olsa tarixi-fəlsəfi baxış ortaya qoymaq və iz açmaqdır. Mövzunun ağırlığı və fundamental mahiyyəti düşündüyümüzdən və gördüyümüzdən daha ağırdır. İşlənilməsi peşakar və yüksək bilgi bazasına malik bilginlərin gələcəkdə dahada bu mövzunu çiçəkləndirməsi mütləq lazımdır. Tarixə fəlsəfi baxış, onun ruhunu mənalandırmaq yeni dövr tarixə baxış konsepsiyalarının ana özülünü təşkil etməlidir. Etnik mənzərəsi zəngin, rəngarəng və çox mürəkkəb görüntüsü olan Qafqaz nə qədər öyrənilsədə, dəqiq formada izah olunabilməz bir tarixə malikdir. Tarixi statusunda zaman, hadisə, yaradıcılıq o qədər zəngindir ki, bu gün onlar açılmaz sirlər formasında qapanıb qaranlıqlara qərq olub. Cavablı, cavabsız, izhalı, izahsız Qafqaz tarixinin ayrılmaz parçalarına çevriliblər. Bəs yaxşı bunların cavabı varmı ? Tapan olacaqmı ?
- Düşünürəm ki, heç bu məsələlərə baş yormağa dəyməz. Keçmişin qaranlıqlarında tapmaca oyunları qurmaq bu günümüzdə cavabsız mövzular yaratmaqdan, mübahisələr mövzusu olmaqdan başqa bir şey deyil. Tarixin fəlsəfi anlamda missiyası gələcək qurmaqdır, Qafqaz tarixşunaslığı isə özündən tarix(yaşanmamış, olmayan) inşa etdi, üzərində xarabalıqlar qurdu və ən pisi isə bu günün etnik mənzərəsini məqsədli şəkildə, düşünülmüş anlamda 1000 il, 2000 il bundan öncəyə daşıdılar. Yaşanmış, olmuş tarix yox, istədikləri tarix yaratdılar, onları yazdılar. Belə halda istədikləri, yaşanmamış, mövcud olmamış tarix sənədləşdi, kitablaşdı. Bu günün toplumları iki min il bundan öncənin mirasının savaşına çıxdılar. Kimdir bu mirasın sahibi ? Min illiklərin susqunluğuna, səssizliyinə birdən-birə tarixçilik nədən səfərbər oldu ?
- Erməni tarixçisinin saxtakarlığına, uydurmalarına, yalanlarına cavab axtarmaq, başqa mənalar vermək nə anlam ifadə edir ?
- Bu gün Qafqazda mövcud olan dövlətlərin müəyyən etdiyi tarixi-kanseptual istiqamətlər keçmişin tarixi, coğrafi, etnik mənzərəsini bu günə uyğunlaşdırmağa cəhd edir. Biz belə istəyirik, bizim maraqlar bunu tələb edir düşüncəsi, yanaşması tarixçiliyin fundamental əsaslarını, mənbə bazasını sarsıtmaqdır. Maddi subutları repressiya məruz qoymaq, onların üzərində dəyişiklik və yaxudda o sübutları tamamilə məhv etmək məqsəd və məram olaraq Qafqaz tarixinə qlobal baxışın çaşqınlığına səbəb ola bilər. Yazılanlar, araşdırmalar mahiyyət olaraq tarixmi yoxsa təbliğat materialı kimi istifadə olunması ilk baxışda rahatlıqla anlaşılır. Tarixşünaslıq öz məqsədindən yayınıb, miras savaşı meydanına çevrilib. Birtərəfli qaydada, kin və nifrət üzərində qurulmuş tarix inşası yalanlar mənbəyidir.
Kaydol:
Yorumlar (Atom)